Bakı. TurkicWorld:
NATO Cenevrədə yerləşən beynəlxalq və qeyri-hökumət təşkilatları ilə əlaqələri inkişaf etdirmək üçün həmin şəhərdə ofis açacaq.
TurkicWorld-un məlumatına görə, bu barədə İsveçrə Federal Şurası xəbər verib.
Bildirilib ki, müvafiq saziş tərəflərin nümayəndələri tərəfindən imzalanıb.
Məlumata əsasən, ofisin açılmasında məqsəd Cenevrədə yerləşən beynəlxalq və qeyri-hökumət təşkilatlarının yanında nümayəndələyinin olması istəyidir. Qeyd olunub ki, bu ofisin hüquqi statusu haqqında saziş Berndə İsveçrə Xarici İşlər Nazirliyinin Beynəlxalq Hüquq Direktorluğunun rəhbəri Frans Perret və NATO-nun Hüquq Məsələləri Bürosunun direktoru Con Svords tərəfindən imzalanıb.