Bakı, TurkicWorld
İsveçrə Rusiyaya qarşı sanksiyaları genişləndirdiyini açıqlayıb.
TurkicWorld xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İsveçrənin İqtisadiyyat, Təhsil və Tədqiqatlar Federal Departamenti (EAER) məlumat yayıb.
Məlumata görə, sanksiyalar siyahısına daha 69 fiziki və 47 hüquqi şəxs əlavə edilib. Yeni sanksiyalar iyulun 9-da qüvvəyə minəcək.
Bundan başqa, "RİA Novosti" agentliyinin, "İzvestiya" qəzetinin, "Rossiyskaya qazeta"nın və Praqada yerləşən "Avropanın səsi" portalının təbliğatına da qadağa qoyulub.