Son dəqiqə

İran

Cənubi Qafqazla kommunikasiyanı müsbət qarşılayırıq – İran XİN

Bakı, TurkicWorld

İran Cənubi Qafqazda bütün ölkələrinin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə hörmətlə yanaşmaq çərçivəsində bölgədə kommunikasiya yollarının bərpa olunmasını müsbət qarşılayır.

TurkicWorld-in məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani bu gün (9 sentyabr) Tehranda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İran qonşuluq siyasəti çərçivəsində Cənubi Qafqazda davamlı sülhü dəstəkləyir. İranın qənaətincə, bu çərçivə bölgədə davamlı sülh və stabilliyin möhkəmlənməsinə kömək edə bilər.

"İran Cənubi Qafqaz və qonşu ölkələr arasında regional əməkdaşlıq istiqamətində vahid regional mexanizm örnəyi olaraq Cənubi Qafqazda 3+3 mexanizmini ciddi şəkildə dəstəkləyir.

Bu istiqamətdə iclaslar təşkil olunub və üzvlər arasında əldə olunan koordinasiya əsasında iclas keçiriləcək", - deyə o qeyd edib.

Mövzuya görə xəbərlər