Bakı, TurkicWorld
2024-cü ilin yay fəsli indiyə qədər dünyada qeydə alınan ən isti yay olaraq tarixə keçib.
TurkicWorld xəbər verir ki, Avropa Birliyinin Kopernik peyk izləmə sisteminə əsasən, bu ilin yayında olan qlobal temperatur əvvəlki rekordları üstələyib.
Bu ilin Avqust ayı, 1991-2020-ci illərin orta temperaturundan 0,71 dərəcə yüksək olub və dünyanın ən isti avqustu kimi qeydə alınıb.
2024-cü ilin iyun-avqust dövründə dünya üzrə temperatur ortalaması 1991-2020 dövrü ilə müqayisədə 0,69 dərəcə , 2023-cü ilin yayındakı rekorddan isə 0,66 dərəcə yüksək olub.
Avropada isə bu yay temperatur göstəriciləri ortalamadan 1,54 dərəcə yuxarı qalxaraq, region üçün də "ən isti yay" olub.
Bu istilər əsasən Avropanın cənub və şərq hissələrində, eləcə də qlobal miqyasda Antarktida, Meksika, Kanada, Çin, Avstraliya kimi bölgələrdə qeydə alınıb. Eyni zamanda, bəzi bölgələrdə, məsələn, İrlandiya, İngiltərə və Norveçdə temperatur ortalamanın altında olub.
Kopernik İqlim Dəyişikliyi Xidmətinin açıqlamasına görə, bu yay müşahidə edilən rekord istilər, 2024-cü ilin indiyə qədər qeydə alınan ən isti il olma ehtimalını artırıb.