Son dəqiqə

İran Suriya

İran və Suriyanın müdafiə nazirləri arasında telefon danışığı olub

Bakı, AzerVoice

İranın müdafiə naziri Əziz Nəsirzadə və suriyalı həmkarı Əli Mahmud Abbas arasında bazar günü telefon danışığı olub.

AzerVoice xəbər verir ki, telefon danışığı zamanı hər iki nazir ikitərəfli əməkdaşlığı genişləndirməyə çağırıb.

Görüş zamanı Nasirzadə Suriyanın təhlükəsizliyinə və ərazi bütövlüyünə İranın dəstək verdiyini bildirib.

Abbas da öz növbəsində Nasirzadəni müdafiə naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.

Həmçinin o, İranın Suriyanın təhlükəsizliyi üçün apardığı mübrizəyə diqqət çəkərək İranın yanında olduqlarını bildirib.

Hər iki nazir İsrailin bölgədəki fəaliyyətlərini pisləyib. Həmçinin beynəlxalq təşkilatları İsrailə qarşı lazımi tədbirlər görmədiklərinə görə tənqid ediblər.

Mövzuya görə xəbərlər