Son dəqiqə

İran İraq Məsud Pezeşkian

İranın yeni prezidenti ilk xarici səfərini İraqa edəcək

Bakı, TurkicWorld

Məsud Pezeşkianın İranın Prezidenti seçiləndən sonra səfər edəcəyi ilk ölkə məlum olub.

TurkicWorld İran KİV-ə istinadən xəbər verir ki, Məsud Pezeşkian İran Prezidenti vəzifəsinə təsdiq olunduqdan sonra ilk xarici səfərinin istiqaməti kimi İraqı seçib.

Məlumata görə, Məsud Pezeşkian bu səfəri iraqlı həmkarı Əbdüllətif Camal Rəşidinin dəvətinə cavab olaraq və BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahına yollanmazdan öncə həyata keçirəcək.

Qeyd olunub ki, prezidentin səfəri İran-İraq əlaqələrinin əhəmiyyətini göstərir.

Mövzuya görə xəbərlər