Son dəqiqə

Sudan

Sudanda su bəndi uçub

Bakı, TurkicWorld

Sudanın şərqində leysan səbəbindən bədbəxt hadisə baş verib.

TurkicWorld xarici KİV-lərə istinadən xəbər verir ki, Qırmızı dənizin yaxınlığında yerləşən Port Sudan şəhəri üçün əsas şirin su mənbəyi olan Arbaat su bəndi uçub.

Məlumata görə, hadisə nəticəsində ən azı 60 nəfər ölüb, çox sayda insan itkin düşüb.

Sel evləri dağıdıb, axın nəqliyyat vasitələrini aparıb və vətəndaşları hündür yerlərə qaçmağa vadar edib.

Mövzuya görə xəbərlər