Bakı,TurkicWorld
Sudanda iyun ayından bəri ölkənin 11 şəhərində yağan güclü yağışlar nəticəsində yaranan daşqınlar nəticəsində ölənlərin sayının 173-ə çatıb.
TurkicWorld xəbər verir ki, bu barədə Sudanın Səhiyyə Nazirliyi açıqlama verib.
Açıqlamaya görə, daşqınlar nəticəsində ölənlərin sayı 173-ə, yaralıların sayı isə 505-ə çatıb. 18 min 665 ev tamamilə, 14 min 947 ev isə qismən dağılıb.
Həmçinin, açıqlamada ölkədə vəba epidemiyasından ölənlərin sayının 71-ə yüksəldiyi də bildirilib.
Qeyd edək ki, Sudanda iyul-oktyabr ayları arasında yağan yağışlar və daşqınlar nəticəsində hər il 100-dən çox insan ölür, on minlərlə ev, iş yeri və kənd təsərrüfatı sahəsinə ziyan dəyir.