Bakı, TurkicWorld
Respublikaçıların prezidentliyə namizədi Donald Tramp demokratiyanı və ABŞ-ni xilas edə bilər.
TurkicWorld xəbər verir ki, bu fikri amerikalı sahibkar və SpaceX-in qurucusu İlon Mask "X" sosial şəbəkəsində yazıb.
"Tramp demokratiyanı və Amerikanı xilas edəcək. Sözlərimi yadda saxlayın. Kamala Harris fəlakət olar", - sahibkar yazıb.
Bundan əvvəl İlon Mask "X" sosial şəbəkəsində ABŞ-də qarşıdan gələn prezident seçkilərini simulyasiya edən sorğu təşkil etmişdi. İstifadəçilərdən dövlət başçısını iki namizəd - Donald Tramp və Kamala Harris arasından seçmək istənilib. Sorğu bir gün davam edib.
Avqustun 20-də Tramp bəyan edib ki, noyabrda keçiriləcək seçkilərdə qalib gəlsə, Maska böyük vəzifə təklif edəcək. ABŞ prezidentliyinə namizədin sözlərinə görə, o, sahibkara müşavir vəzifəsi və ya nazir portfeli təklif etmək niyyətindədir.