Son dəqiqə

ABŞ Elon Mask Donald Tramp İlon Mask ABŞ-ın vitse-prezidenti J.D. Vance Cey Di Vens Maskın siyasi rolu Mask və Tramp münasibətləri

Maskın siyasi partiya yaratmasını böyük səhvdir - Cey Di Vens

BAKI, TurkicWorld, Zeynəb Raminqızı

İş adamı İlon Maskın siyasi partiya yaratmaq cəhdi "böyük səhvdir".

Trend-in məlumatına görə, bu barədə ABŞ vitse-prezidenti Cey Di Vens "Fox News" televiziya kanalına müsahibəsində deyib.

Onun sözlərinə görə İ.Mask ABŞ prezidenti Donald Trampın administrasiyasında işlədikdən sonra artıq respublikaçılarla demokratlar arasında orta xətti tuta bilməyəcək.

"Düşünürəm ki, İlon Maskın üçüncü partiya yaratmaq səylərini davam etdirməsi çox böyük səhv olardı. Onun üçün arqumentim ondan ibarətdir ki, o, istəsə də, istəməsə də, o, artıq solçular tərəfindən sağın tərəfdarı kimi qəbul edilir. İlonun həm demokratların, həm də respublikaçıların onu sevdiyi bəzi orta yerə qayıda biləcəyi ideyası həyata keçirilə bilməz.", - deyə o bildirib.

Qeyd edək ki, İyulun 5-də İ.Mask ABŞ-da "Amerika" Partiyasının yaradıldığını elan etdi.

Mövzuya görə xəbərlər