Son dəqiqə

Rusiya zəlzələ

Kamçatkada güclü zəlzələ olub

Bakı , TurkicWorld

Rusiyanın Kamçatka diyarında 5.7 bal gücündə zəlzələ qeydə alınıb.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsinin saytında məlumat dərc olunub.

"Zəlzələ 48 km dərinlikdə baş verib. Yeraltı təkanların maqnitudası 5.7, episentri Petropavlovsk-Kamçatskidən 69 km aralıda olub", - məlumatda bildirilir.

Qeyd edilib ki, növbəti bir-iki həftə ərzində daha bir neçə oxşar və ya daha zəif seysmik hadisə gözlənilir.

Mövzuya görə xəbərlər