Son dəqiqə

İsrail Qəzza zolağı UNRWA

Qəzzada ölüm olduqca adi haldır -UNRWA

Bakı , TurkicWorld

Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) Qəzza zolağında təhlükəsiz yer qalmadığı barədə xəbərdarlıq edib.

TurkicWorld xəbər verir ki, bu barədə UNRWA-nın Qəzza üzrə Baş Kommunikasiya Məsləhətçisi Luiz Uotidc sosial media hesabında paylaşım edib.

UNRWA rəsmisi “Artıq Qəzzada təhlükəsiz yer qalmayıb, insanlar sanki ölümü gözləyirlər. İsrailin humanitar zona adlandırdığı ərazilər cəbhə xəttinə çevrilib və Qəzzalılar indi cəbhə xəttindən cəmi bir neçə blok uzaqdadır” deyə bildirib.

Qeyd edək ki, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağında həyata keçirdiyi hücumlarda azı 16 min 480 uşaq və 10 min 980 qadın olmaqla , 40 min 223 fələstinli ölüb, 92 min 981 nəfər isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri də hədəf alınaraq , ölkənin mülki infrastrukturu da məhv edilir.

Mövzuya görə xəbərlər