Bakı, TurkicWorld
Avropada meymun çiçəyi ilə bağlı xəbərdarlıq edilib.
TurkicWorld xəbər verir ki, bu barədə Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC) açıqlama verib.
ECDC, Avropada meymun çiçəyi virusuna yoluxma riskinin az olduğunu, lakin İsveçdə də göründüyü kimi “idxal hallarına” rast gəlinə biləcəyini bildirərək, Avropa ölkələrini xəstəliklə mübarizəyə hazır olmağa çağırıb.
Qeyd olunub ki, yalnız başqa əsas xəstəliyi olan və immuniteti aşağı olan şəxslər yoluxduqları halda xəstəliyi “orta və/yaxud yüksək” səviyyədə keçirəcəklər.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa nümayəndəsi Mark-Alain Widdowson, 2022-ci ilin yayında Avropada ümumilikdə 27 min xəstəliyə rast gəlindiyini və 10 ölüm faktının qeydə alındığını xatırladıb.
Widdowson, qitənin özünü virusdan qoruya biləcəyinə inandıqlarını ifadə edib.
Hafiz Rufizoğlu