Son dəqiqə

ABŞ Entoni Blinken

Blinken Səudiyyə Ərəbistanı ilə Qəzzada atəşkəsi müzakirə edib

Bakı, TurkicWorld

ABŞ Dövlət katibi Entoni Blinken Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan əl Səud ilə telefon danışığında Qəzza zolağında atəşkəslə bağlı razılaşmaların əldə edilməsinin vacibliyini müzakirə edib.

TurkicWorld xəbər verir ki, bu barədə məlumatı ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel verib.

Blinken həmçinin Yəməndə "Ənsar Allah" hərəkatına bağlı husi üsyançılarının fəaliyyətindən narahatlığını ifadə edib.

Bununla yanaşı, amerikalı diplomat Sudanda hərbi əməliyyatların dayandırılması üçün aparılan danışıqlara verdiyi dəstəyə görə Səudiyyə Ərəbistanından olan həmkarına təşəkkür edib.

Mövzuya görə xəbərlər