Bakı, TurkicWorld
İran xarici işlər nazirinin vəzifəsini icra edən Əli Baqeri Kəni və Böyük Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi regiondakı prosesləri müzakirə ediblər.
TurkicWorld xəbər verir ki, bu barədə İran XİN məlumat yayıb.
İran və XİN rəhbərləri arasında baş tutan telefon söhbətində Yaxın Şərqdə gedən proseslər diqqət mərkəzində saxlanılıb.
Telefon söhbətində İran XİN rəhbəri heç bir ölkənin, o cümlədən, İranın milli təhlükəsizlik, ərazi bütövlüyü və suverenliyinin qorunmasında heç bir güzəştə getmədiyini bildirib.
İran XİN rəhbəri regiondakı proseslərdə İsrail tərəfini ittiham edib.
Böyük Britaniya baş naziri Devid Lemmi də İranı təmkinli olmağa çağırıb və İsmayıl Haniyyənin ölümünü Qəzzada atəşkəsin əldə olunması istiqamətində geriyə addım kimi qiymətləndirib.
Xatırladaq ki, İsmayıl Haniyə iyulun 31-nə keçən gecə Tehranda öldürülüb. HƏMAS liderinə hücum onun İran prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirakından sonra baş verib. İran Haniyənin ölümündə İsraili ittiham edir.