Son dəqiqə

Tesla

Tesla 2 milyona yaxın avtomobili geri çağıracaq

Bakı, TurkicWorld

Tesla, avtomobilin kapotunun açılmasına və sürücülərin görmə qabiliyyətinə mane ola biləcək proqram təminatı probleminə görə ABŞ-da 1,8 milyondan çox avtomobili geri çağıracaq.

TurkicWorld xəbər verir ki, bu barədə ABŞ Milli Avtomobil Yolları Hərəkəti Təhlükəsizliyi İdarəsi (NHTSA) məlumat yayıb.

Bildirilib ki, sözügedən qərar 2021-2024-cü illər arasında istehsal edilən Model 3, Model S, Model X və Model Y avtomobillərini əhatə edir.

Açıqlamada Tesla-nın problem üçün proqram yeniləməsi çıxardığı paylaşılıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər