Son dəqiqə

Tesla

Tesla iki milyona yaxın avtomobilini geri çağırır

Bakı,TurkicWorld

ABŞ-ın elektrikli avtomobil istehsalçısı Tesla Çində 1,68 milyon avtomobili geri çağırıb.

TurkicWorld xəbər verir ki, geri çağırma bildirişində, kilidli olmayan kapot qapağının sürüş anında açılaraq sürücünün görüşünü əngəlləyə biləcəyi bildirilib.

Bu vəziyyətin daha əvvəl hər hansı Tesla avtomobilində baş verdiyi bildirilməyib.

Həmçinin qeyd olunub ki, baqaj kilidləri nasaz olan avtomobillər pulsuz təmir ediləcək.

Şirkət ötən ay qiymətlərin aşağı salınmasına və aşağı faizli maliyyələşdirməyə baxmayaraq satışların azalması səbəbindən ikinci rübün xalis gəlirinin kəskin azaldığını açıqlamışdı.

Mövzuya görə xəbərlər