Son dəqiqə

Qəzza HƏMAS Benyamin Netanyahu

Netanyahu maneələr yaradaraq razılaşmanı gecikdirir – HƏMAS

Bakı,TurkicWorld

İsrailin baş naziri Binyamin Netanyahu davamlı olaraq maneələr yaradaraq Qəzza ilə bağlı razılaşmanı gecikdirməyə çalışır.

TurkicWorld xəbər verir ki, bu barədə HƏMAS Hərəkatının Siyasi Büro üzvü İzzət ər-Rişk Telegram səhifəsində İsrail baş nazirliyinin HƏMAS-ın Qəzzada razılaşmanı əngəllədiyi iddiası ilə bağlı açıqlama verib.

“Müqaviləni təxirə salan, qaçan və razılaşmaya maneələr yaradan Netanyahunun özüdür”,- deyə Rişk bildirib.

O, vasitəçilərin HƏMAS Hərəkatının müsbət və çevik münasibət sərgilədiyini bildiyini bildirib.

“HƏMAS İsrailin maneələrini dəf etdi. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnaməsində yer alan məsələləri, o cümlədən ABŞ prezidenti Co Baydenin atəşkəs, işğalçı ordunun Qəzza zolağından çıxarılması və məhbus mübadiləsi ilə bağlı müraciətini müsbət qarşılasa da, Netanyahu bunu etmədi”,- deyə o vurğulayıb.

Mövzuya görə xəbərlər