Son dəqiqə

Kazino BƏƏ

BƏƏ kazino oyunlarının leqallaşdırılmasına doğru gedir

Bakı, TurkicWorld

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) turizm sənayesini inkişaf etdirmək səylərini vurğulayaraq, kazinolara (qumar) icazə verən ilk Körfəz ölkəsi ola bilər.

TurkicWorld xəbər verir ki, ölkə kommersiya oyunlarını tənzimləmək üçün yeni yaradılmış agentliyi vasitəsilə ilk lotereya lisenziyasını verib.

Qeyd edək ki, kazino Körfəz ölkələrində qadağandır və müsəlmanların çoxluq təşkil etdiyi bəzi ölkələrdə nadirən qeyri-qanuni hesab edilir. Həmçinin, bu ölkələrin hüquq sistemləri də qumar oynamağı qadağan edən İslam qanunlarına əsaslanır.

BƏƏ-nin Baş Ticarət Oyunları Tənzimləmə Təşkilatı (GCGRA) lisenziyanı The Game LLC adlı şirkətə verib. Şirkət öz veb saytındakı missiyasını “BƏƏ sakinlərini və qonaqlarını həyəcanlandırmaq və əyləndirmək üçün nəzərdə tutulmuş təhlükəsiz və məsuliyyətli lotereya təcrübəsini” təmin etmək kimi təsvir edir.

Onu da əlavə edək ki, səlahiyətli orqanın yaradılması Ras əl-Xaimah əmirliyinin Las Veqasda yerləşən kazino nəhəngi Wynn Resorts ilə 4 milyard dollarlıq sövdələşmədən sonra baş verib.

Əvvəllər BƏƏ supermarketlərində və hava limanlarında lotereya tirajlarına icazə verilirdi, lakin bu ilin əvvəlində böyük operatorlar tirajlarını GCGRA çərçivəsinə uyğun olaraq dayandırdılar və bu, milli lotereya ilə bağlı fərziyyələrə səbəb oldu.

Bəzi Skandinaviya ölkələrində qumar oyunlarında dövlət inhisarları var, lakin bütün Avropa ölkələri, eləcə də ABŞ ştatları lisenziyalaşdırma sistemini tətbiq edirlər.

BƏƏ-nin GCGRA qrumu ötən ilin sentyabrında ABŞ-ın bu sektor üzrə pionerlərinin rəhbərliyi ilə yaradılmışdır. Baş direktor Kevin Mullaly Missuri ştatının kazino komissiyasının icraçı direktoru, Cim Murren isə MGM Resorts International-ın sədri idi.

Səlahiyyətli orqanın yaradılması Ras əl-Xaimah əmirliyinin Las Veqasda yerləşən kazino nəhəngi Wynn Resorts ilə 4 milyard dollarlıq sövdələşməsindən sonra baş verib. Bloomberg-in məlumatına görə, GCGRA bildirib ki, oyun şirkətləri BƏƏ-nin yeddi əmirliyinin hamısında lisenziya üçün müraciət edə bilərlər.

Wynn Resorts Reuters agentliyinə bildirib ki, əməliyyatlarının dörd faizi kazinoya həsr olunacaq, baxmayaraq ki, Əmirlik rəsmiləri bunu hələ də ölkədə qeyri-qanuni sayılan qumar oyunu adlandırmaqdan imtina edir.

Qeyd edək ki, BƏƏ ÜDM-nin doqquz faizini təşkil edən səyahət və turizm sektorunu inkişaf etdirmək üçün davamlı şəkildə çalışır.

Bloomberg analitikləri hesab edirlər ki, əgər BƏƏ-də Sinqapurda olduğu kimi, ÜDM-nin 1,6 faizi qumar (oyun) sektoru təşkil edərsə, varlı Körfəz ölkəsi ildə 6,6 nb dollar gəlir gətirəcək.

Həmçinin, BƏƏ bu addımları ilə mütərəqqi beynəlxalq imic yaradır, lakin Human Rights Watch və Amnesty İnternational kimi təşkilatlar isə ölkə ilə bağlı narahatlıqlarını ifadə ediblər. BƏƏ-dəki miqrant işçilər onların viza məsələlərini işəgötürən şirkətlə həll edən sponsorluq sisteminə tabedirlər. Bu isə onların həddindən artıq çətin şəraitdə istismar edilərək işləmələrinə gətirib çıxarır.

Mövzuya görə xəbərlər