Son dəqiqə

ChatCPT OpenAI

OpenAI axtarış sistemi Google şirkətinə yeni rəqib olacaq

Bakı, TurkicWorld

TurkicWorld bildirir ki, bu barədə OpenAI şirkəti tərəfindən açıqlama verilib. Açıqlamada, "SearchGPT"-nin istifadəçilərə "anlaşılan və düzgün mənbələrdən sürətli cavablar" təqdim edəcəyi və onun süni intellekt modellərinin gücünü internetdən əldə edilən məlumatlarla birləşdirmək üçün yaradıldığı ifadə edilib.

Açıqlamada, sözügedən axtarış sisteminin kiçik bir istifadəçi qrupu ilə test ediləcəyi bildirilib.

Açıqlamada o da qeyd edilib ki, “SearchGPT” istifadəçilərin suallarını internetdə olan ən son məlumatlarla tez və birbaşa cavablandıracaq, müvafiq resurslara doğru bağlantılar təqdim edəcək və istifadəçilər axtarışlar zamanı söhbət edirmiş kimi axıcı suallar verə biləcəklər.

OpenAI-nin baş icraçı direktoru Sem Altman X sosial media hesabında etdiyi açıqlamada, "Düşünürük ki, axtarışı bugünkündən daha yaxşı etmək imkanlarına sahibik. SearchGPT adlı yeni prototipi istifadəyə veririk. Bu prototipdən öyrənəcəyik, onu daha da yaxşılaşdıracaq və sonra texnologiyanı real vaxt rejimində və maksimum dərəcədə faydalı etmək üçün ChatGPT-ə inteqrasiya edəcəyik." - deyə qeyd edib