Son dəqiqə

Nepal

Nepalda təyyarə qəzası nəticəsində azı 18 nəfər həlak olub

Bakı, TurkicWorld

Nepalın Katmandu hava limanında "Saurya Airline" aviaşirkətinə məxsus təyyarə qəzaya uğrayıb.

TurkicWorld bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Təyyarədə 19 nəfərin olduğu qeyd olunub, onlardan 17-si "Saurya Airline" şirkətinin texniki əməkdaşları, 2 nəfər isə ekipaj üzvü olub.

İlkin məlumata görə, qəza yerində 18 cəsəd aşkarlanıb. Xilasetmə xidmətləri təyyarənin 37 yaşlı kapitanını dağıntıların altından sağ çıxarıblar. Kapitan xəstəxanaya yerləşdirilib.

Mövzuya görə xəbərlər