Son dəqiqə

İsrail Livan Hizbullah

İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda "Hizbullah"ın hərbi obyektlərinə hücum edib

Bakı, TurkicWorld

İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda "Hizbullah"ın hərbi obyektlərinə hücum edib.

TurkicWorld xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, zərbələr Livanın cənubunda Hula bölgəsinə endirilib.

Qeyd edək ki, bir neçə gün əvvəl də İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda Hizbullah təşkilatının hədəflərinə zərbələr endirib. Hədəflər arasında Aytarun kəndi ərazisində infrastruktur və Ait-əş-Şaab yaxınlığındakı buraxılış qurğusu olub.

Mövzuya görə xəbərlər