Bakı, TurkicWorld
Əfqanıstanla həmsərhəd olan Hayber Paxtunxva əyalətinin şimal-qərbində yerləşən Bannu rayonunda hərbi qarnizona terror hücumu nəticəsində Pakistan ordusunun səkkiz hərbi qulluqçu həlak olub.
TurkicWorld xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Bomba yerləşdirilmiş avtomobildə kamikadze və bir qrup silahlı ekstremist, o cümlədən kamikadze hərbçilərin qaldığı əraziyə daxil olub. Partlayıcı maddə olan avtomobilin güclü partlaması kazarmaları və mülki vətəndaşların evlərini dağıdıb.
Terrorçularla döyüşdə azı səkkiz hərbçi həlak olub, 12-si yaralanıb. Hadisə yerində antiterror əməliyyatı davam edir.