Son dəqiqə

BMT Ermənistan Ararat Mirzoyan

Ermənistan xarici işlər naziri Nyu-Yorka gedib

Bakı, TurkicWorld

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Nyu-Yorkda işgüzar səfərdədir.

TurkicWorld xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin mətbuat katibi Ani Badalyan qeyd edib ki, Ararat Mirzoyan BMT-nin Dayanıqlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumunun nazirlər seqmentində iştirak edəcək, burada ölkə hökumətinin üçüncü milli hesabatını təqdim edəcək və bir sıra görüşlər keçirəcək.

Mirzoyanın səfəri iyulun 16-da başa çatacaq.

Mövzuya görə xəbərlər