Son dəqiqə

NATO ABŞ Şimali Koreya

Şimali Koreya NATO-nun Asiyadakı planlarına strateji cavab verəcək

Bakı, TurkicWorld

Şimali Koreya ABŞ-nin NATO-nun Asiya-Sakit okean regionunda genişləndirilməsi planlarının həyata keçirilməsinin qarşısını almaq üçün qəti tədbirlər görəcək.

TurkicWorld-in məlumatına görə, bu barədə Şimali Koreyanin Xarici İşlər Nazirliyi bildirib.

Nazirlik bu planları qlobal sülhə yeni təhlükə adlandırıb.

"KXDR Xarici İşlər Nazirliyi blokun Vaşinqtonda keçirilən sammitinin yekun bəyannaməsini, müstəqil və suveren dövlətlərin hüquqlarını pozan qeyri-qanuni sənəd və qlobal miqyasda yeni soyuq müharibə və hərbi qarşıdurmaya təkan verən qarşıdurma proqramını qətiyyətlə pisləyir və rədd edir", - deyə bəyanatda qeyd olunub.

Mövzuya görə xəbərlər