Son dəqiqə

İran

İranın Ali Lideri Şərqi Azərbaycana nümayəndə təyin edib

Bakı, TurkicWorld

İranın Ali Lideri Ayətulla Seyid Əli Xamenei Əhməd Motəhhəri Əsli İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayətinə nümayəndə təyin edib.

Bu barədə TurkicWorld İran KİV-ə istinadən məlumat verib.

İranın Ali Liderinin yeni nümayəndəsi, həmçinin, Təbrizin cümə imamı olacaq. O, bu vəzifədə helikopter qəzasında ölən Məhəmməd Ali Haşimi əvəzləyəcək.

Xatırladaq ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb. Qəza nəticəsində 9 nəfər həlak olub.

Mövzuya görə xəbərlər