Son dəqiqə

Rusiya Həştərxan PUA hücumu

PUA hücumundan sonra Həştərxan hava limanında uçuşlar məhdudlaşdırılıb

Bakı,TurkicWorld

PUA hücumundan sonra təyyarələrin Həştərxan hava limanına gəliş-gedişi müvəqqəti olaraq məhdudlaşdırılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

"Regionda hava məkanından istifadəyə qoyulan məhdudiyyətlər səbəbindən Həştərxan hava limanının cədvəlində dəyişikliklər edilib. Sərnişinlər uçuşların vəziyyəti ilə bağlı ən son məlumatları Həştərxan hava limanının saytından öyrənə bilərlər", - məlumatda deyilir.

Daha əvvəl Volqoqrad hava limanı Volqoqrad vilayətində PUA-nın hücumlarından sonra təyyarələrin uçuşuna məhdudiyyətlərin tətbiq edildiyini açıqlamışdı.

Mövzuya görə xəbərlər