Son dəqiqə

Rusiya ATƏT PA

Rusiyanın ATƏT PA-da iştirakını dayandırması ilə bağlı bəyanatı qəbul etməyi tövsiyə edilib

Bakı. TurkicWorld :

Rusiya Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsi iyulun 3-də ölkənin nümayəndə heyətinin ATƏT-in Parlament Assambleyasında iştirakını və onun büdcəsinə ödənişlərin dayandırması ilə bağlı bəyanatı qəbul etməyi tövsiyə edib.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Məlumata görə, komitənin iclasında iştirak edən senatorlar qərarı yekdilliklə dəstəkləyib.

"Etiraf etmək lazımdır ki, formalaşmış şəraitdə ATƏT PA-da konstruktiv dialoqun davam etdirilməsi üçün imkanlar tamamilə tükənib. Bununla əlaqədar olaraq Rusiya Federasiyası senatorları və Dövlət Dumasının deputatları Rusiya Federasiyası Federal Məclisinin nümayəndə heyətinin ATƏT PA-da iştirakını, eləcə də Rusiya Federasiyasının ATƏT PA-nın büdcəsinə ödənişləri dayandırmağı v əsaslı və qanunauyğun hesab edirlər", - sənəddə deyilir.

Rusiya Federasiyasının senatorları və Dövlət Dumasının deputatları ATƏT PA-nın rəhbərliyi və bir sıra üzv dövlətlər tərəfindən Avropa təhlükəsizliyinin aktual problemlərinin həllinə rusofob və diskriminativ yanaşmaların yenidən gözdən keçiriləcəyi təqdirdə, ATƏT PA-da fəaliyyəti bərpa etməyə hazır olduqlarını bildiriblər.

Mövzuya görə xəbərlər