Son dəqiqə

ATƏT

Roberto Montella təkrar ATƏT PA-nın Baş katibi seçilib

Bakı. TurkicWorld :

ATƏT Parlament Assambleyasının (PA) Daimi Komitəsi səs çoxluğu ilə Assambleyanın Baş katibi Roberto Montellanı növbəti beş illik müddətə yenidən seçib.

TurkicWorld xəbər verir ki, bu barədə ATƏT PA məlumat paylaşıb.

Bildirilib ki, ilk dəfə 2016-cı ilin yanvarında vəzifəsinin icrasına başlayan Montellanın yeni mandatı 2026-cı il yanvarın 1-də başlayacaq və 2030-cu il dekabrın 31-də başa çatacaq.

Qeyd edək ki, ATƏT PA-nın Baş katibi Assambleyanın işlərinin idarə olunması, Katibliyin effektivliyini təmin etmək, həmçinin, Kopenhagen və Vyanadakı ofislərinə nəzarətə, eləcə də, ATƏT PA Bürosu, Daimi Komitəsi və Assambleyanın qərarlarının icrasına görə ümumi məsuliyyət daşıyır.

Mövzuya görə xəbərlər