Bakı. TurkicWorld:
Venesuelanın Sukre ştatında 6,1 bal gücündə zəlzələ qeydə alınıb.
TurkicWorld-un məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər verib.
Məlumata əsasən, təbii fəlakətin episentri Karupano şəhərindən 66 km şimal-şərqdə olub. Zəlzələnin ocağı 98 km dərinlikdə yerləşib
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.