Bakı,TurkicWorld:
Venesuela prezidenti Nikolas Maduro müxalifətin prezident seçkiləri kampaniyası zamanı ona qarşı sui-qəsd planları hazırladığını bəyan edib.
TurkicWorld xəbər verir ki, Maduro, sui-qəsd planlarının arxasında duranların müxalifət liderləri Leopoldo Lopez, Antonio Ledezma və Xulio Borxes olduğunu iddia edib.
“Onların Venesuelada artıq bir qrup sui-qəsdçisi var, məni axtarırlar və bizə zərər vermək istəyirlər”,- deyə o bildirib.
Qeyd edək ki, Venesuelada insanlar iyulun 28-də keçiriləcək prezident seçkiləri üçün səsverməyə gedəcək.