Bakı,TurkicWorld
Niderlandda İsrailə casusluq etdiyi aşkarlanan millət vəkilinin hökumətdə işləməsinə qadağa qoyularkən, Avstraliyada İsrail ordusuna qoşulmağa hazırlaşan üç nəfər saxlanılıb.
TurkicWorld xəbər verir ki, Niderlandın Milli Təhlükəsizlik Xidməti (AIVD) Gidi Markuszowerin Hollandiyada yaşayan 46 yaşlı bir şəxsin məxfi məlumatlarını İsrailə ötürdüyünə dair hesabat hazırlayıb.
Bu hadisədən sonra Niderlandın baş naziri Geert Vilders, Markuszowerin sığınacaq və miqrasiya naziri vəzifəsinə namizədliyini geri çəkmək qərarına gəlib.
Qeyd edək ki, Markuszower siyasi karyerasına İsrailin baş naziri Benyamin Netanyahunun Partiyasının Niderland sözçüsü kimi başlayıb.
Avropada İsrailə qarşı daha bir inkişaf Avstraliyada baş verib. Üç Avstraliya vətəndaşı İsrail Müdafiə Qüvvələrində (IDF) xidmət etmək üçün ölkəni tərk etməyi planlaşdırmaqda şübhəli bilinərək saxlanılıb.
Saxlanılan şəxslərin İsrail ordusunda əsgər kimi xidmət edəcəyi düşünülür.
Ümumilikdə dörd Avstraliya vətəndaşı 2023-cü il oktyabrın yeddisindən İsrailə gedib və İDF sıralarına qoşulub. Avstraliya Daxili İşlər Nazirliyi İsrail ordusuna qoşulmaqda şübhəli bilinən dörd Avstraliya vətəndaşından üçü ilə bağlı araşdırmalarını davam etdirir.