Son dəqiqə

ABŞ Ağ Ev Qəzza Hizbullah

ABŞ prezidentinin müşaviri israilli həmkarları ilə Qəzzadakı vəziyyəti müzakirə edəcək

Bakı TurkicWorld. :

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Vaşinqtonda israilli həmkarı Tsaxi Haneqbi və Strateji Məsələlər üzrə Katib Ron Dermer ilə görüşəcək.

TurkicWorld-in məlumatına görə, bu barədə "Times of Israel" nəşri Ağ Evin nümayəndəsinə istinadən bildirib.

Bildirilib ki, görüşün İsrail və HƏMAS arasında davam edən müharibə, "Hizbullah" ilə gərginlik məsələlərinə həsr olunacağı olunacağı ehtimal edilir. Həmçinin İsrailin yüz milyonlarla dollar vergi gəlirini saxlamağa davam etməsi səbəbindən İordan çayının qərb sahilində Fələstin Administrasiyasının potensial dağılması ilə bağlı ABŞ-nin narahatlıqları müzakirə olunacağı gözlənilir.

Mövzuya görə xəbərlər