Son dəqiqə

Rusiya ATƏT PA

Rusiya ATƏT Parlament Assambleyasında iştirakını dayandıracaq

Bakı.TurkicWorld :

Rusiya Federasiya Şurası və Dövlət Duması Rusiyanın ATƏT Parlament Assambleyasının fəaliyyətində iştirakının dayandırılması və ödənişlərin dayandırılması barədə qərar hazırlayacaq.

TurkicWorld rus KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.

O qeyd edib ki, ATƏT Parlament Assambleyasında iştirakın dayandırılması qərarını dəstəkləyirəm, təşkilat qeyri-obyektivdir.

Qeyd edək ki, daha əvvəl senator Vladimir Cabarov Rusiyanın ATƏT PA-da iştirakının dayandırılması ideyası ilə çıxış edərək, bu mövqenin Dövlət Duması ilə razılaşdırıldığını açıqlayıb.

Mövzuya görə xəbərlər