Son dəqiqə

Fransa Emmanuel Makron

Fransada siyasi qeyri-sabitlik getdikcə güclənir - KİV

Bakı.TurkicWorld :

Fransada siyasi qeyri-sabitlik getdikcə güclənir.

TurkicWorld xəbər verir ki, bu barədə "Bloomberg" agentliyində nəşr olunan məqalədə deyilir.

Nəşrin məlumatına görə, buna Makronun parlamenti buraxması səbəb olub.

Qeyd olunub ki, həmçinin, Fransa prezidentinin Ukraynaya 3,2 milyard dollar dəyərində yardım ayrılmasına dair vədi ilə bağlı da suallar yarana bilər

Belə ki, Fransada bütün yaş qrupları arasında aparılan sorğu iştirakçılarının 57 faizi növbədənkənar parlament seçkilərində Makronun partiyasının növbəti dəfə uğursuzluğa düçar olacağı təqdirdə, prezidentin istefa verməli olduğunu bildiriblər.

Mövzuya görə xəbərlər