Son dəqiqə

Ermənistan

Ermənistan hökuməti məmurların Belarusa səfərlərini qadağan edib

Bakı.TurkicWorld:

Ermənistanda məmurların Belarusa səfərləri qadağan edilib.

TurkicWorld xəbər verir ki, bu barədə Ermənistanın "Joğovurd" qəzeti yazıb.

Məlumata görə, Ermənistan baş nazirinin aparatının rəhbəri Araik Arutyunyan vəzifəli şəxslərə Belarusa rəsmi səfər etməməyi tapşırıb.

Xatırladaq ki, iyunun 13-də Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışında bildirib ki, Lukaşenkonun Azərbaycanla bağlı bəyanatlarına görə o Belarusa rəhbərlik etdiyi müddətcə Belarusa səfər etməyəcək.

Bundan başqa, Ermənistanın Xarici İşlər Nazirliyi Belarusdak səfiri Razmik Xumaryanı məsləhətləşmələr üçün İrəvana çağırıb.

Mövzuya görə xəbərlər