Son dəqiqə

Fransa İran

Fransa polisi İran Xalq Mücahidləri Təşkilatının qərargahına hücum edib

Bakı. TurkicWorld:

Ötən gün Fransa polisi İran hakimiyyətinə müxalif Xalq Mücahidləri Təşkilatının Parisdə yerləşən mənzil-qərargahına hücum edib.

Bu barədə TurkicWorld İran KİV-ə istinadən məlumat verib.

Fransa polisinin hansı səbəbdən İran hakimiyyətinə müxalif təşkilatın mənzil-qərargahına hücum etməsi ilə əlaqədar əlavə məlumat verilməyib.

Bildirilir ki, Xalq Mücahidləri Təşkilatının lideri Məryəm Rəcəvinin səhhətində ciddi problem var və xəstəxanaya yerləşdirilib.

Ötən il də Albaniya polisi paytaxtda Xalq Mücahidləri Təşkilatına məxsus mənzil-qərargahına hücum edib.

Qeyd edək ki, Xalq Mücahidləri Təşkilatı yarım-hərbi islamçı-solçu təşkilatdır. Bu təşkilat 1965-ci ildə yaradılıb. Bu təşkilat İranda həm şahlıq dövründə, həm də İslam İnqilabından sonra hakimiyyətə qarşı silahlı mübarizə aparıb. Bu təşkilat İranda terror qruplaşması kimi tanınır.

Mövzuya görə xəbərlər