Son dəqiqə

Şimali Koreya Cənubi Koreya

Şimali Koreya Cənubi Koreyaya zibil balonları göndərməkdə davam edir

Bakı. TurkicWorld :

Şimali Koreya bazar günündən bazar ertəsinə keçən gecə Cənubi Koreya ilə sərhəddən təxminən 310 zibil balonu göndərib.

TurkicWorld -in məlumatına görə, bu barədə "Yonhap" agentliyi Cənubi Koreya hərbçilərinə istinadən bildirib.

Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsindən (JCS) bildirilib ki, bazar günü axşam göndərilən hava balonların son partiyasında tullantı kağız və plastik olub və heç bir zəhərli maddə aşkar edilməyib.

Hərbçilərin hesablamalarına görə, Şimali Koreya həftə sonu Cənubi Koreyaya 1600-dən çox zibil balonunu göndərib.

Mövzuya görə xəbərlər