Bakı. TurkicWorld:
Fələstin Qəzza ilə bağlı BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırıb
TurkicWorld xəbər verir ki, Fələstin rəhbərliyi İsrail ordusunun Nusayrat Qaçqınlar Düşərgəsinə hücumu ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasından (BMT TŞ) təcili iclas tələb edib.
Qeyd edək ki, İsrail ordusunun Nusayrat Qaçqınlar Düşərgəsinə hücumu nəticəsində 210 fələstinli ölüb, 400 fələstinli isə yaralanıb.
Xatırladaq ki, iyun ayının 8-də İsrail ordusu Nusayratda 4 əsiri xilas edib. Noa Arqamani (25 yaş), Almog Meir Jan (21 yaş), Andrey Kozlov (27 yaş) və Şlomi Ziv (40 yaş) əməliyyat nəticəsində xilas olunublar.
Tasnem Ismukhan







