Son dəqiqə

Şimali Koreya Cənubi Koreya

Şimali Koreya Cənuba zibil olduğu düşünülən şarlar göndərib

Bakı. TurkicWorld:

Şimali Koreya Cənubi Koreyaya içi zibil olduğu düşünülən şarlar göndərib.

TurkicWorld xəbər verir ki, bu barədə Cənubi Koreya ordusu bildirib.

Cənubi Koreyanın Baş Qərargahından verilən açıqlamada səmada təsbit edilən şarların küləyin təsiri ilə cənub bölgələrinə doğru hərəkət edə biləcəyi qeyd edilib.

İctimaiyyətə Şimali Koreyanın göndərdiyi, içərisində zibil olduğu düşünülən şarlara toxunmamaq və polisə xəbər vermələri tövsiyə edilib.

Tasnem Ismukhan

Mövzuya görə xəbərlər