Son dəqiqə

Fələstin İsrail ABŞ Dövlət Departamenti Yaxın Şərq

ABŞ dövlət katibi Yaxın Şərqə səfər edəcək

Bakı. TurkicWorld :

ABŞ dövlət katibi Antoni Blinkenin bazar ertəsi günü Yaxın Şərqin bir neçə ölkəsinə səfəri başlayacaq.

TurkicWorld xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller dövlət katibi Antoni Blinkenin Yaxın Şərq səfəri çərçivəsində Misir, İsrail, İordaniya və Qətərə səfər edəcəyini deyib.

O həmçinin dövlət katibinin əsas gündəmində olan məsələnin İsrail və Fələstin arasında atəşkəs razılaşması olduğunu deyib.

Məlumatda həmçinin Blinkenin Yaxın Şərq turunun bazar ertəsindən çərşənbə gününə qədər davam edəcəyi bildirilir.

Mövzuya görə xəbərlər