Bakı. TurkicWorld :
Tbilisi meri Kaxa Kaladze ABŞ-nin sanksiyalarını qeyri-ciddi adlandırıb.
TurkicWorld xəbər verir ki, bu barədə Gürcüstan KİV məlumat yayıb.
"Heç kim bu sanksiyalardan qorxmur. Söhbət ölkəmizin maraqlarından və sabahından gedəndə bu bizim qərarımızı dəyişmir. Biz bunu bir dəfə demişik, bir daha təkrar edirəm: bütün bunlar qeyri-ciddidir", - o deyib.
Xatırladaq ki, mayın 14-də Gürcüstan parlamenti "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini yekun, üçüncü oxunuşda qəbul edib. Qanun layihəsi xarici maliyyələşdirilməsi 20 faizi ötən QHT və KİV-in xüsusi reyestrdə qeydiyyatdan keçməsini və hər il bəyannamə doldurmasını tələb edir.
Gürcüstan prezidenti Salome Zurabişvili mayın 18-də qanun layihəsinə veto qoyduğu üçün iyunun 6-da Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini imzalayıb.







