Son dəqiqə

Fransa Vladimir Zelenski Co Bayden Paris

Baydenlə Zelenski Parisdə görüşüb

Bakı. TurkicWorld:

Parisdə Ukrayna prezidenti Volodimir Zelenski və ABŞ prezidenti Co Bayden arasında danışıqlar aparılır.

TurkicWorld xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.

Qeyd edək ki, "Associated Press" agentliyi ABŞ hakimiyyətinin Ukraynaya təqribən 225 milyon dollar məbləğində əlavə hərbi yardım göstərəcəyi barədə məlumat yayıb.

Məlumata görə, yeni paketə "HIMARS" çoxsaylı buraxılış raket sistemləri üçün sursatlar daxil ola bilər. Rəsmilər, həmçinin bildiriblər ki, bura "Hawk" hava hücumundan müdafiə raketləri, "Stinger" yer-hava raket kompleksləri, "Javelin" tank əleyhinə raket sistemləri, zirehli maşınlar, qoşqular, patrul katerləri, söküntü materialları və ehtiyat hissələri daxil olacaq.

Mövzuya görə xəbərlər