Bakı. TurkicWorld:
Varşava Moskvaya Rusiya diplomatlarının Polşada hərəkətinin məhdudlaşdırılması ilə bağlı nota göndərib və Rusiya tərəfi buna cavab verəcək.
TurkicWorld xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bugünkü brifinqdə deyib.
"Mayın 28-də Rusiyanın Varşavadakı səfirliyi Polşa Xarici İşlər Nazirliyi tərəfindən rus diplomatlarının Polşada sərbəst hərəkətinə məhdudiyyətlərin tətbiq olunduğunu bildirən nota alıb. İyunun 1-dən Rusiyanın Varşavadakı səfirliyinin, eləcə də Rusiyanın Qdansk, Krakov və Poznandakı baş konsulluqlarının əməkdaşlarının voyevodalıqların hüdudlarından kənara səyahət etmək niyyəti barədə Polşa XİN-ə əvvəlcədən xəbər verməlidir", - Rusiya XİN nümayəndəsi deyib.
"Rusiya Polşanın Moskvadakı səfirliyi və İrkutsk, Kalininqrad və Sankt-Peterburqdakı baş konsulluqlarına qarşı cavab tədbirləri görəcək", - deyə o əlavə edib.