Bakı. TurkicWorld:
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-nin hərbi yardımının artıq ölkəyə daxil olmağa başladığını deyib.
TurkicWorld xəbər verir ki, Zelenski bu barədə Kiyevdə səfərdə olan NATO baş katibi Yens Stoltenberq ilə birgə mətbuat konfransında deyib.
"Müəyyən şeylər daxil olmağa başlayıb, bunların konkret nələr olduğunu təfərrüatı ilə deməyəcəyəm. Əfsuslar olsun ki, bunlar ordumuzu tamamlamaq və müvafiq sayda briqadanı komplektləşdirmək üçün yetərli deyil", - o deyib.
Zelenski həmçinin, təhlükəsizlik təminatlarına dair sazişlərin Ukraynanın ABŞ və saziş imzaladığı digər ölkələrdən dəstək gözlədiyi zamanda çox kömək və Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsinə yardım etdiyini bildirib.
Qeyd edək ki, aprelin 29-da NATO baş katibi Yens Stoltenberq Kiyevə gözlənilməz səfər edib.