Rusiyanın Ekvatorial Qvineyada diplomatik nümayəndəliyi açılacaq

Rusiyanın Ekvatorial Qvineyada diplomatik nümayəndəliyi açılacaq

Bakı, TurkicWorld

Yaxın həftələrdə Ekvatorial Qvineyada Rusiyanın diplomatik nümayəndəliyi açılacaq.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Afrika Departamentinin direktoru Vsevolod Tkaçenko məlumat verib.

“Biz artıq Burkina-Fasoda səfirliyimizi açmışıq və yaxın həftələrdə Ekvatorial Qvineyadakı diplomatik nümayəndəliyimiz açılacaq”, - deyə Tkaçenko bildirib.

Bundan əlavə, Afrika dövlətlərində Rusiya Federasiyasının daha bir sıra diplomatik məntəqələrinin açılması planlaşdırılır.