Bolqarıstanda baş nazir həm də xarici işlər naziri vəzifəsini icra edəcək

Bolqarıstanda baş nazir həm də xarici işlər naziri vəzifəsini icra edəcək

Bakı, TurkicWorld:

Bolqarıstanda müvəqqəti hökumətin baş naziri Dimitar Qlavçev xarici işlər naziri vəzifəsini də icra edəcək.

TurkicWorld xəbər verir ki, bu haqda Bolqarıstan Prezidenti Rumen Radev fərman imzalayıb.

Nazirlər Kabinetində iki nazirin dəyişdirilməsi ilə bağlı baş nazir Qlavçevin prezident Radevə göndərdiyi sorğu bu gün təsdiqlənib.

Bundan əlavə, Georgi Tahov vəzifəsindən azad edilən kənd təsərrüfatı naziri Kiril Vıtevi əvəz edəcək.