Son dəqiqə

İsrail Livan Qəzza HƏMAS

HƏMAS Livandan İsrailə raket zərbəsi endirib

Bakı. TurkicWorld:

HƏMAS Livandan İsrailə raket zərbəsi endirib.

TurkicWorld xəbər verir ki, HƏMAS Qəzzada törədilən qırğınlara cavab olaraq Livandan İsrail ordusunun kazarmalarına 20 raket atdığını açıqlayıb.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 34 minə yaxın fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.

UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.

Tasnem Ismukhan

Mövzuya görə xəbərlər