Son dəqiqə

Şimali Koreya

Şimali Koreya qanadlı raket və zenit raketini sınaqdan keçirib

Bakı. TurkicWorld:

Şimali Koreyada "super böyük döyüş başlığı"ndan istifadə edilən "Hvasal-1Ra-3" qanadlı raketi sınaqdan keçirilib.

TurkicWorld xəbər verir ki, bu barədə Şimali Koreya Mərkəzi Xəbər Agentliyi məlumat verib.

Məlumatda bildirilib ki, Raket Baş İdarəsi sınağı dünən Sarı dənizdə həyata keçirib.

Bundan əlavə, “Pyoltsi-1-2” adlı yeni tipli zenit raketi də sınaqdan keçirilib.

Mövzuya görə xəbərlər