Pakistanda kamikadze Yaponiya vətəndaşlarına hücum edib

Pakistanda kamikadze Yaponiya vətəndaşlarına hücum edib

Bakı. TurkicWorld:

Pakistanın Karaçi şəhərində kamikadze Yaponiya vətəndaşlarına hücum edib.

TurkicWorld xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Məlumatda bildirilib ki, hücum nəticəsində üç pakistanlı yaralanıb, beş yaponiyalı isə sağ qalıb.

Xatırladaq ki, martın 30-da Əfqanıstanla həmsərhəd Hayber Paxtunxva əyalətində kamikadzenin partladılması nəticəsində beş çinli mühəndis həyatını itirib.